Menyu

Yəmən husiləri: İsrailə gedən gəmilərin keçidinə mane olacağıq

Yəmən husiləri: İsrailə gedən gəmilərin keçidinə mane olacağıq

"Yəmən husiləri İsrailə gedən gəmilərin keçidinə mane olacaqlar". 

"Operativ Media" xəbər verir ki, bu barədə üsyançı hərəkatın nümayəndəsi Yəhya Səriya "Al Masirah" telekanalına bildirib.

"Yəmən silahlı qüvvələri hansı ölkəyə mənsub olmasından asılı olmayaraq, İsraila gedən gəmilərin keçidinin qarşısını alacaqlarını bildirir. Qəzza zolağı ehtiyac duyduğu qida və dərmanı almazsa, belə gəmilər silahlı qüvvələrimiz üçün qanuni hədəfə çevriləcək", - Səriya deyib.

O həmçinin "bütün gəmiçilik şirkətlərinə İsrail limanları ilə əməkdaşlıq etməmək barədə" xəbərdar edib. Eyni zamanda, bölgədəki gəmilərin İsraillə əlaqəsi olmadığı təqdirdə husilərin Qırmızı və Ərəb dənizlərində gəmilər üçün təhlükə yaratmayacağını vurğulayıb.
 

Teqlər:

"Y\u0259m\u0259n husil\u0259ri: \u0130srail\u0259 ged\u0259n g\u0259mil\u0259rin ke\u00e7idin\u0259 mane olaca\u011f\u0131q"

Əlaqəli Xəbərlər