Türkiyədə mikroavtobus yük maşınına çırpılıb: 5 nəfər ölüb
Tokat-Sivas yolunda mikroavtobus yük maşınına çırpılıb. Qəza nəticəsində mikroavtobusda olan 5 nəfər həlak olub.
"Operativ Media" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Məlumata görə, Tokat-Sivas avtomobil yolunun Yatmış kəndi ilə Tokat istiqamətində hərəkət edən mikroavtobus eyni istiqamətdə hərəkət edən şəkər çuğunduru yüklü yük maşınının arxasına çırpılıb.
Bölgəyə çox sayda sağlamlıq, xilasetmə, jandarma və polis qrupları sövq edilib.
Tokat Bələdiyyəsi xilasetmə qrupları tərəfindən mikroavtobusda sıxışdıqları yerdən xilas edilən 5 nəfərin hadisə yerində öldüyü müəyyən edilib.