http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

KİV: İslam ölkələrinin təmas qrupu Qəzza üçün yeni sülh planı hazırlayıb

10 Dekabr 2023 , 11:12
KİV: İslam ölkələrinin təmas qrupu Qəzza üçün yeni sülh planı hazırlayıb

İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Dövlətləri Liqasının təmas qrupu BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan beş ölkəyə Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə həlli üçün yeni plan təqdim edib. 

"Operativ Media" xəbər verir ki, bu barəd "Star" qəzeti məlumat yayıb.

Məlumata görə, plan 11 bənddən ibarətdir və tam atəşkəs, Qəzzaya humanitar yardımın maneəsiz çatdırılması, məcburi köçlərə son qoyulması və sülh mexanizmlərinin yaradılmasını nəzərdə tutur.

Sənədi "Türkiyənin planı" adlandıran nəşr qeyd edir ki, plan Rusiya, Çin, Böyük Britaniya və Fransanın ardınca ötən cümə günü Vaşinqtonda ABŞ dövlət katibi Antoni Blinkenə təqdim edilib. Planda qeyd olunur ki, Qəzzada noyabrın 24-də elan edilən müvəqqəti humanitar atəşkəs münaqişənin həllinə töhfə verməyib.

Plana görə, Qəzzada axan qan yalnız tam və qeyd-şərtsiz atəşkəs əsasında dayandırıla bilər və bu, ən qısa zamanda elan edilməlidir. Sənəddə qeyd olunduğu kimi, təcili olaraq bölgəyə humanitar yardımın maneəsiz çatdırılmasını təmin etmək və Fələstin anklavının səhiyyə sisteminin təcili ehtiyaclarını dərhal ödəmək lazımdır. Qəzza zolağından sakinlərin məcburi köçürülməsinə son qoyulmalı, məcburi köç edənlərin öz evlərinə qayıtması üçün şərait yaradılmalıdır.

Tam atəşkəsdən sonra, planlaşdırıldığı kimi, sabit və ədalətli sülhün təmin edilməsi prosesinə başlamaq lazımdır, bu proses BMT standartları əsasında aparılmalı və başa çatdıqdan sonra razılaşmaya 1967-ci ildə sərhədləri müəyyən edilmiş, paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətinin yaradılması da daxil edilməlidir.

Plan həmçinin beynəlxalq ictimaiyyəti İsraili inandırmağa çağırır ki, onun vətəndaşlarının təhlükəsizliyi qan tökməklə təmin oluna bilməz, bu, yalnız Fələstinlə sülhün əldə edilməsi ilə mümkündür. Sənəddə deyilir: "Bütün ölkələr İsrailin insani dəyərləri nəzərə almayan qanunsuzluğundan uzaq durmalıdırlar. Əks halda, onlar onun törətdiyi cinayətlərə ortaq olacaqlar. İsrailin aqressivliyi regional və hətta qlobal münaqişə təhlükəsi yaradır. Biz bu təhlükə qarşısında biganə qala bilmərik, biz Yaxın Şərqdə yeni müharibələrin olmasını istəmirik". 

Təmas qrupunun nümayəndələri diqqəti Qərbdə anti-islam və antisemitizm aksiyalarının artmasına yönəldiblər: "Qəzzada zorakılıq davam etdiyi üçün sosial partlayış riski yüksəkdir. İsrail üzərində təsiri olan ölkələr onun hücumlarını dayandırmaq və fələstinlilərlə sülh əldə etmək üçün bütün imkanlardan istifadə etməlidirlər. Müharibə bitdikdən sonra biz davamlılığı təmin etmək mexanizmlərini müzakirə etməliyik".

OXŞAR XƏBƏRLƏR
Çinin BMT-dəki missiyası: İraqın suverenliyinə bütün ölkələr hörmət etməlidir

Çinin BMT-dəki missiyası: İraqın suverenliyinə bütün ölkələr hörmət etməlidir

Roma Papası gələn il Türkiyəyə səfər edə bilər

Roma Papası gələn il Türkiyəyə səfər edə bilər

Ərəb ölkələri Suriyaya qarşı birtərəfli məhdudiyyətləri aradan qaldırmağa çağırıb

Ərəb ölkələri Suriyaya qarşı birtərəfli məhdudiyyətləri aradan qaldırmağa çağırıb

XƏBƏR LENTİ
  • Dünən
    23:14

    Ramil Şeydayevli "Kocaelispor" Super Liqa şansını itirdi
  • Dünən
    23:03

    Çinin BMT-dəki missiyası: İraqın suverenliyinə bütün ölkələr hörmət etməlidir
  • Dünən
    22:48

    Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
  • Dünən
    22:36

    Roma Papası gələn il Türkiyəyə səfər edə bilər
  • Dünən
    22:22

    Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB
  • Dünən
    22:14

    Ərəb ölkələri Suriyaya qarşı birtərəfli məhdudiyyətləri aradan qaldırmağa çağırıb
  • Dünən
    21:59

    Mask: ABŞ İran, Çin, Şimali Koreyanın Rusiyanın ətrafında birləşməsinə səbəb olur
  • Dünən
    21:44

    Nigeriyada məsciddə partlayış olub, 11 nəfər həyatını itirib
Menyu