Menyu

Səudiyyə Ərəbistanı, Türkiyə və Fələstinin Xİn rəhbərləri Trüdo ilə görüşüb

Səudiyyə Ərəbistanı, Türkiyə və Fələstinin Xİn rəhbərləri Trüdo ilə görüşüb

Kanadanın baş naziri Castin Trüdo xarici işlər naziri Melani Coli ilə birlikdə İsrail və HƏMAS arasında davam edən münaqişəni müzakirə etmək üçün Səudiyyə Ərəbistanı, Türkiyə və Fələstin Muxtariyyətinin xarici işlər nazirlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Kanada Baş nazirinin mətbuat xidməti məlumat yayıb. 

"Baş nazir HƏMAS-ı və onun İsrailə qarşı hücumlarını pislədiyini təkrarladı. O, HƏMAS-ın Fələstin xalqını və ya onların qanuni istəklərini təmsil etmədiyini vurğulayıb. O, həmçinin qalan girovların dərhal azad edilməsinə çağırışını təkrarlayıb və əcnəbi vətəndaşların Qəzzadan təhlükəsiz çıxışının təmin edilməsinin vacibliyini vurğulayıb", - məlumatda deyilir.

Trüdo həmçinin İsrailin beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq çərçivəsində özünümüdafiə hüququna dəstək verdiyini və mülki şəxslərin qorunmasının vacibliyini vurğulayıb.

İclas iştirakçıları Qəzzada yaranmış ağır humanitar vəziyyət və insanların həyatını xilas etmək üçün təcili humanitar yardıma ehtiyac barədə fikir mübadiləsi aparıblar.

Teqlər:

"S\u0259udiyy\u0259 \u018fr\u0259bistan\u0131 T\u00fcrkiy\u0259 v\u0259 F\u0259l\u0259stinin X\u0130n r\u0259hb\u0259rl\u0259ri Tr\u00fcdo il\u0259 g\u00f6r\u00fc\u015f\u00fcb"

Əlaqəli Xəbərlər