http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Hakan Fidan: Qəzzada münaqişə birgə səylərlə sona çata bilər

10 Dekabr 2023 , 15:05
Hakan Fidan: Qəzzada münaqişə birgə səylərlə sona çata bilər

"Fələstin-İsrail münaqişəsinin həlli beynəlxalq ictimaiyyətin birgə səyləri ilə mümkündür". 

"Operativ Media" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan dekabrın 10-da bütün dünyada qeyd olunan İnsan Haqları Günü ilə bağlı açıqlamasında bildirib.

"Qəzzada davam edən qeyri-insani hücumlar təkcə Fələstin xalqının fundamental hüquqlarına deyil, həm də bütün bəşəriyyətin ortaq dəyərlərinə böyük zərbə vurur. Bu dramın indiyə qədər dayandırılmaması beynəlxalq sistemin zəifliyindən xəbər verir. Bu rüsvayçılığı gələcəyə daşımamaq üçün bütün ölkələrin ümumi məsuliyyəti olmalıdır. Bu da Qəzzada dinc əhalinin qətliamını dayandırmaq və davamlı sülhü təmin etmək üçün birgə tədbirlər görməkdir", - Fidan qeyd edib.

O əlavə edib ki, Türkiyə münaqişənin həlli məsələlərində insan ləyaqətinə dəyər verən, vicdan və əxlaqa sahib olan beynəlxalq ictimaiyyətin bütün üzvləri ilə qarşılıqlı fəaliyyət göstərəcək. O, paytaxtı Şərqi Qüds olmaqla 1967-ci il sərhədləri daxilində müstəqil Fələstin Dövlətinin yaradılması əsasında Fələstin probleminin həllinin zəruriliyinə dair Ankaranın mövqeyini təsdiqləyib. 

OXŞAR XƏBƏRLƏR
Çinin BMT-dəki missiyası: İraqın suverenliyinə bütün ölkələr hörmət etməlidir

Çinin BMT-dəki missiyası: İraqın suverenliyinə bütün ölkələr hörmət etməlidir

Roma Papası gələn il Türkiyəyə səfər edə bilər

Roma Papası gələn il Türkiyəyə səfər edə bilər

Ərəb ölkələri Suriyaya qarşı birtərəfli məhdudiyyətləri aradan qaldırmağa çağırıb

Ərəb ölkələri Suriyaya qarşı birtərəfli məhdudiyyətləri aradan qaldırmağa çağırıb

XƏBƏR LENTİ
  • 08:40

    Hikmət Hacıyev ABŞ-də dövlət rəsmiləri ilə müzakirələr aparıb - YENİLƏNİB
  • 08:36

    Vüsal İsgəndərlili "Boluspor" Türkiyə Super Liqasına yüksələ bilmədi
  • 08:26

    Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib, 1 nəfər ölüb
  • 08:20

    Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb
  • Dünən
    23:14

    Ramil Şeydayevli "Kocaelispor" Super Liqa şansını itirdi
  • Dünən
    23:03

    Çinin BMT-dəki missiyası: İraqın suverenliyinə bütün ölkələr hörmət etməlidir
  • Dünən
    22:48

    Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
  • Dünən
    22:36

    Roma Papası gələn il Türkiyəyə səfər edə bilər
Menyu