Menyu

Serbiya Baş nazirinin müavini: Ölkə Aİ-yə üzv olmalıdır

Serbiya Baş nazirinin müavini: Ölkə Aİ-yə üzv olmalıdır

"Avropa İttifaqına (Aİ) daxil olmaq Serbiya üçün strateji məqsəddir, lakin Belqrad Rusiya Federasiyasına qarşı yönəlmiş sanksiyalar siyasətinə qoşulmaq niyyətində deyil". 

"Operativ Media" xəbər verir ki, bunu Serbiyanın baş nazirinin müavini, müdafiə naziri və Serb Tərəqqi Partiyasının sədri Miloş Vuçeviç deyib.

"Serbiya Avropa İttifaqının tamhüquqlu üzvü olmalıdır, çünki vətəndaşlarımız bundan faydalanacaqlar. Bu, bizim strateji öhdəliyimizdir və biz bu istiqamətdə işi davam etdirəcəyik. Amma bu yolda kim bizdən milli mövqeyimizdən imtina etməyi gözləyirsə, o zaman bu şəxs ciddi səhv edir. Biz Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etməmişik və tətbiq etməyəcəyik. Biz Çinlə, eləcə də ərəb dünyası, Hindistan, Afrika və hər iki Amerika ilə tərəfdaşlığı davam etdirəcəyik", - Vuçeviç qeyd edib.

"Biz suveren və çoxvektorlu xarici siyasət yürüdəcəyik. Biz hərbi baxımdan neytral qalacağıq və heç bir hərbi ittifaqa, o cümlədən NATO-ya qoşulmayacağıq. Biz bu yeni dünya münaqişəsində iştirak etməyəcəyik. Biz xalqımızı qoruyacağıq və gücümüzü artırmağa davam edəcəyik. Bunun üçün ordu özünü istənilən potensial təcavüzkardan müdafiə etməyə hazırdır", - deyə diplomat yekunlaşdırıb.
 

Teqlər:

"Serbiya Ba\u015f nazirinin m\u00fcavini: \u00d6lk\u0259 A\u0130-y\u0259 \u00fczv olmal\u0131d\u0131r"

Əlaqəli Xəbərlər