http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Rusiya və Ermənistan arasında ilk ictimai forum keçiriləcək

10 Dekabr 2023 , 16:42
Rusiya və Ermənistan arasında ilk ictimai forum keçiriləcək

Dekabrın 15-də Moskvada iki ölkənin 300-dən çox ictimai rəy liderinin iştirak edəcəyi "Rusiya-Ermənistan" ilk ictimai forumu keçiriləcək.

"Operativ Media" xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

Məlumata görə, tədbirin təşkilatçıları Rusiya Federasiyasının İctimai Palatası, "Birgə" QHT-si və "Beynəlxalq Əməkdaşlıq Liderləri" qeyri-kommersiya təşkilatıdır. Konfransda yüksək səviyyəli qonaqların iştirakı gözlənilir.

Müzakirə mövzuları arasında "Rusiya ilə Ermənistan arasında uzunmüddətli əməkdaşlığın inkişafı üçün əsas kimi tarixi yaddaşın qorunması", "İkitərəfli münasibətlərin inkişafında xalq diplomatiyasının rolu və yeri" kimi mövzular var.

"İndiki mərhələdə beynəlxalq münasibətlər sisteminin transformasiyası Rusiya ilə Ermənistan arasında əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı fəaliyyət üçün bütün maneələrin aradan qaldırılması zərurətini diktə edir. İki dövlət arasında müttəfiqlik münasibətlərinin strateji xarakteri iqtisadiyyat və təhlükəsizlikdən tutmuş təhsil və mədəniyyətə qədər bütün səviyyələrdə ifadə olunur. "Rusiya-Ermənistan" ictimai konfransı iki dövlət arasında dialoqun yeni mərhələsi üçün mühüm başlanğıc nöqtəsi olacaq. Konfrans çərçivəsində təcrübə mübadiləsi və birgə layihələrin inkişafı yeni əməkdaşlıq mexanizmlərinin yaradılmasında və Rusiya ilə Ermənistan arasında mövcud əməkdaşlıq formatlarının gücləndirilməsində mühüm rol oynayacaq", - deyə konfransın mətbuat xidmətindən qeyd edilib.

Təşkilatçılar bildiriblər ki, tədbir çərçivəsində plenar sessiya, tematik sessiyalar, ikitərəfli layihələrin təqdimatı, əməkdaşlıq sazişlərinin imzalanması və qətnamənin formalaşdırılması nəzərdə tutulur.

OXŞAR XƏBƏRLƏR
Almaniya səfiri Rusiyaya qayıdıb

Almaniya səfiri Rusiyaya qayıdıb

Çin şirkətləri Türkiyəyə investisiya etməyi planlaşdırır

Çin şirkətləri Türkiyəyə investisiya etməyi planlaşdırır

Putin və Si Cinpin Ukraynadakı vəziyyəti müzakirə ediblər

Putin və Si Cinpin Ukraynadakı vəziyyəti müzakirə ediblər

XƏBƏR LENTİ
  • 10:59

    Ülkər Səttarova: Universitetlərlə elmi müəssisələr arasında əməkdaşlıq çox zəifdir
  • 10:53

    Almaniya səfiri Rusiyaya qayıdıb
  • 10:46

    Çin şirkətləri Türkiyəyə investisiya etməyi planlaşdırır
  • 10:44

    Türkiyəli baş məşqçi Yunanıstan klubundan ayrıldı - RƏSMİ
  • 10:41

    Avstraliya Rusiya əleyhinə yeni sanksiyalar paketini təqdim edib
  • 10:38

    Bakıda qadın əri və oğlu tərəfindən döyülüb
  • 10:33

    Siyasi partiyalarla dövlət orqanlarının konstruktiv əməkdaşlığının inkişaf etdirilməsi məsələləri müzakirə olunub
  • 10:26

    Azərbaycan PL: "Qarabağ" "Turan Tovuz"a qarşı
Menyu