Quterreş: BMT Təhlükəsizlik Şurasının səlahiyyətləri sarsılır
Doha Forumunda çıxışı zamanı BMT-nin baş katibi Antonio Quterreş Qəzzada baş verən humanitar fəlakət və beynəlxalq ictimaiyyətin buna reaksiyası barədə danışıb.
"Operativ Media" xəbər verir ki, bu barədə "Əl-Cəzirə" məlumat yayıb.
Quterreşin sözlərinə görə, BMT Təhlükəsizlik Şurası geosiyasi fikir ayrılıqları səbəbindən iflic vəziyyətindədir, Qəzzada atəşkəsə çağıran qətnamənin qəbul edilməməsi onun nüfuzunu zəiflədir.
O həmçinin bildirib ki, Qəzzadakı müharibə kimi qlobal problemlərin həllinə qlobal institutların daha effektiv şəkildə cəlb edilməsi üçün ciddi səylər lazımdır.
"Birləşmiş Millətlər Təşkilatındakı mandatım dövründə heç vaxt bu qədər mülki itki görməmişdik. Vəziyyət sürətlə fələstinlilərin və bütün regionun sülhü və təhlükəsizliyi üçün geri dönməz nəticələri olan fəlakətə çevrilir. Mən Qəzzada humanitar atəşkəsə nail olmaq cəhdindən əl çəkməyəcəyəm", - deyə BMT-nin baş katibi bildirib.
Teqlər:
"Quterre\u015f: BMT T\u0259hl\u00fck\u0259sizlik \u015euras\u0131n\u0131n s\u0259lahiyy\u0259tl\u0259ri sars\u0131l\u0131r"