Lavrov: Rusiya Qəzzada münaqişənin həlli üçün siyasi təzyiqləri davam etdirəcək
"Rusiya Qəzza zolağında humanitar atəşkəsə nail olmaq üçün siyasi təzyiqlərini davam etdirəcək".
"Operativ Media" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Doha Forumu çərçivəsində onlayn çıxışı zamanı deyib.
"Biz humanitar atəşkəsə nail olmaq üçün bu siyasi təzyiqi davam etdirmək üçün əlimizdən gələni etməliyik", - Lavrov qeyd edib.
"Diplomatiyaya hər zaman ümid var. Biz hazırkı zorakılıq dalğası başlayandan bəri bunu etməyə çalışdıq. Hər hansı bir terror aktını pislədiyimiz kimi, oktyabrın 7-də İsrailə qarşı törədilən terror aktını qətiyyətlə pisləyirik. Eyni zamanda, biz bu hadisədən milyonlarla fələstinli mülki şəxslərin kollektiv cəzalandırılması üçün istifadə edilməsini məqbul hesab etmirik", - Lavrov əlavə edib.
Teqlər:
"Lavrov: Rusiya Q\u0259zzada m\u00fcnaqi\u015f\u0259nin h\u0259lli \u00fc\u00e7\u00fcn siyasi t\u0259zyiql\u0259ri davam etdir\u0259c\u0259k"