Menyu

Lavrov: "HƏMAS İsrailə qarşı terror aktı həyata keçirib"

Lavrov: "HƏMAS İsrailə qarşı terror aktı həyata keçirib"
1 dəq oxu

HƏMAS İsrailə qarşı terror aktı həyata keçirib.

"Operativ Media" Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

O, Rusiyanın HƏMAS-ın İsrailə qarşı həyata keçirdiyi terror aktını pislədiyini bildirib. Nazir Moskvanın yalnız HƏMAS-ın siyasi ofisi ilə əlaqə saxladığını qeyd edib:

"HƏMAS oktyabrın 7-də terror aktı həyata keçirdi, biz bunu dərhal qınadıq. HƏMAS-ın Dohada fəaliyyət göstərən siyasi şöbəsi var və bizim o siyasi şöbə ilə əlaqəmiz var. Biz dərhal girov götürülən insanların taleyini müzakirə etmək üçün Dohada adamlarla əlaqə saxladıq”, - deyə Rusiya XİN başçısı Dohada keçirilən forumda onlayn çıxışında bildirib.

Əlaqəli Xəbərlər