Ana səhifə / Dünya / Argentinanın yeni prezidenti and içdi Argentinanın yeni prezidenti and içdi 10.12.2023, 20:36 Xavyer Miley Argentina prezidenti olaraq and içib. "Operativ Media" yerli mediaya istinadən xəbər verir ki, mərasim Konqresin binasında baş tutub. Andiçmə mərasimindən sonra səlahiyyət müddəti başa çatan dövlət başçısı Alberto Fernandes Mileyə prezident lentini və estafeti təqdim edib. Yaxın vaxtlarda yeni prezident meydana toplaşan xalq qarşısında ilk çıxışını edəcək. Teqlər: "Argentinan\u0131n yeni prezidenti and i\u00e7di"