ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (FBİ) direktoru Uilyam Burns İraqın baş naziri Məhəmməd əl-Sudanini Bağdadın ABŞ hərbi bazalarına hücumları dayandırmaq üçün tədbir görmədiyi təqdirdə İraqın üzləşəcəyi "ciddi nəticələr" barədə xəbərdarlıq edib.
"Operativ Media" xəbər verir ki, bu barədə İraq rəsmisinə istinadən Associated Press (AP) məlumat yayıb.
Agentlik qeyd edir ki, İraq və Suriyadakı Amerika qüvvələri oktyabrın 7-dən indiyədək ən azı 84 dəfə hücuma məruz qalıb. Bundan əvvəl Hizbullah təşkilatının baş katibinin müavini Naim Qasim bildirib ki, Amerikanın İraq və Suriyadakı bazalarına hücumlar İsrailin Qəzza zolağına təcavüzünün dayandırılması üçün son dərəcə vacibdir.