Kuleba: Macarıstanın xarici işlər naziri ilə "ətraflı" söhbət etdik
"Brüsseldə macar həmkarım Peter Siyarto ilə "ətraflı" söhbət etdik".
"Operativ Media" xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib.
"Mən Macarıstanın Xarici İşlər Naziri Peter Siyarto ilə görüşü yenicə başa vurdum. Bir saat danışdıq. Hərtərəfli söhbət etdik. Bir-birimizin suallarına səmimi cavab verdik", - o, instaqramda yazıb.
Ukraynalı nazirin sözlərinə görə, söhbətin əsas mövzusu Macarıstanın Aİ ilə Ukrayna arasında ittifaqa üzvlüklə bağlı danışıqlara başlamaq məsələsində mövqeyi olub: "Mən Peterə açıq şəkildə dedim: bizim Avropada ümumi gələcəyimiz var. Biz ora mümkün qədər tez çatmalıyıq".
Teqlər:
"Kuleba: Macar\u0131stan\u0131n xarici i\u015fl\u0259r naziri il\u0259 \"\u0259trafl\u0131\" s\u00f6hb\u0259t etdik"