Ukrayna ölkədə Avropa müdafiə mərkəzinin yaradılmasını təklif edib
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-də Amerika müdafiə şirkətlərinin rəhbərləri ilə görüşündə öz ölkəsində Avropa müdafiə mərkəzinin yaradılmasını təklif edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Zelenski "X"də paylaşım edib.
"Mən Ukraynada Avropa müdafiə mərkəzinin yaradılmasını təklif etdim. Biz bütün lazımi qərarları qəbul etməyə, bürokratiyanı azaltmağa və təklifləri reallaşdırmağa hazırıq", - o bildirib.
Zelenski həmçinin artilleriya sursatlarının, hava hücumundan müdafiə sistemlərinin, artilleriya və raket sistemlərinin birgə istehsalının inkişaf etdirilməsini vacib adlandırıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net