Menyu

Gürcüstan "Cənubi Osetiya" tərəfindən saxlanılan vətəndaşın azad edildiyini bildirib

Gürcüstan "Cənubi Osetiya" tərəfindən saxlanılan vətəndaşın azad edildiyini bildirib
1 dəq oxu

"Qondarma "Cənubi Osetiya hakimiyyəti" tərəfindən saxlanılan Gürcüstan vətəndaşı azad edilib".

"Operativ Media" xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.

"Qeyri-qanuni saxlanılan Giorgi Darçiaşvili azadlıqdadır və mərkəzi hakimiyyət orqanlarının nəzarətində olan əraziyə gətirilib", - departamentin bəyanatında deyilir.

Qeyd olunur ki, vətəndaşın azad edilməsi üçün Gürcüstan hakimiyyətinin əlində olan bütün vasitələrdən, o cümlədən Aİ-nin müşahidəçi missiyası tərəfindən idarə olunan qaynar xəttdən istifadə edilib.

Əlaqəli Xəbərlər