Bolqarıstanda sovet ordusuna ucaldılmış abidənin sökülməsi işlərinə başlanılıb
"Bolqarıstan hakimiyyəti Sofiyada sovet ordusuna ucaldılmış abidəni sökməyə başlayıb".
"Operativ Media" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd edilib ki, abidənin sökülməsi işləri çərşənbə günü də davam etdiriləcək.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib ki, Bolqarıstan hakimiyyətinin sovet ordusuna ucaldılmış abidənin sökülməsi ilə bağlı hərəkətləri bağışlanmazdır. Diplomat qeyd edib ki, Rusiyanın abidənin gələcək taleyi ilə bağlı məsləhətləşmələrin aparılması ilə bağlı israrlı təkliflərinə Bolqarıstan tərəfi məhəl qoymayıb.
Bundan əvvəl Sofiya rayon administrasiyasının başçısı Traiko Traikov Bolqarıstan milli televiziyasına müsahibəsində bildirib ki, Sofiyadakı abidənin ciddi struktur qüsurları var, başqaları üçün təhlükə yaradır və bərpa olunmaq üçün sökülməlidir. Qurum rəsmisinin sözlərinə görə, mütəxəssislər tərəfindən aparılan ekspertiza nəticəsində bürünc fiqurların bünövrələrində zədələr aşkar edilib ki, onlar bərpa və təmir edilməsə öz çəkiləri altında çökə bilər.
Teqlər:
"Bolqar\u0131standa sovet ordusuna ucald\u0131lm\u0131\u015f abid\u0259nin s\u00f6k\u00fclm\u0259si i\u015fl\u0259rin\u0259 ba\u015flan\u0131l\u0131b"