BMT: Hər gün 100-ə yaxın yardım maşını Qəzzaya daxil olur
"Fələstin-İsrail münaqişəsi yenidən alovlandıqdan sonra Qəzza zolağına hər gün humanitar yardım daşıyan 100-ə yaxın yük maşını daxil olub".
"Operativ Media" xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.
"Humanitar Məsələlərin Koordinasiyası Ofisi ötən axşam Misirdən Qəzzaya 100 yük maşını humanitar yardımın gəldiyini bildirir. Dekabrın 1-də Qəzza zolağında zorakılıqların yenidən başlanmasından bəri eyni həcm əksər günlərdə qeydə alınıb", - Düjarrik deyib.
Düjarrik qeyd edib ki, Rəfah keçid məntəqəsinin imkanları Fələstin anklavının əhalisini ehtiyac duyduqları hər şeylə təmin etməyə imkan vermir və Kerem Şalom keçid məntəqəsinin fəaliyyətə başlayacağına ümid etdiyini bildirib.
Teqlər:
"BMT: H\u0259r g\u00fcn 100-\u0259 yax\u0131n yard\u0131m ma\u015f\u0131n\u0131 Q\u0259zzaya daxil olur"