Menyu

İranda din xadimini öldürməkdə təqsirləndirilən şəxs edam edilib

Nərmin Qocamanlı
İranda din xadimini öldürməkdə təqsirləndirilən şəxs edam edilib

İranın Mazandaran əyalətində din xadimi Ayətullah Abbas Əli Süleymanini öldürən şəxs edam edilib.

"Operativ Media" xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

Açıqlamada, Süleymanini öldürən şəxsin səhər saatlarında Babul həbsxanasında edam edildiyi qeyd edilib.

Qeyd edilib ki, aprelin 26-da Mazandaran vilayətinin Babulsar şəhərində getdiyi bankın mühafizəçisi tərəfindən açılan atəş nəticəsində Süleymani ağır yaralanıb və dünyasını dəyişib.

İnqilab Məhkəməsində mühakimə olunan adı açıqlanmayan hücumçuya mayın 12-də ölüm hökmü çıxarılıb və qərar Ali Məhkəmə tərəfindən təsdiqlənib.

Teqlər:

"\u0130randa din xadimini \u00f6ld\u00fcrm\u0259kd\u0259 t\u0259qsirl\u0259ndiril\u0259n \u015f\u0259xs edam edilib"

Əlaqəli Xəbərlər