Menyu

Qazaxıstanda soyuq hava ilə əlaqədar məktəblilər onlayn təhsilə keçirilib

Redaksiya
Qazaxıstanda soyuq hava ilə əlaqədar məktəblilər onlayn təhsilə keçirilib

Qazaxıstanın Astana və bir sıra digər şəhərlərində məktəblilər əlverişsiz hava şəraiti ilə əlaqədar distant təhsilə keçirilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Astana şəhər təhsil şöbəsi məlumat yayıb.

Dekabrın 13-də hava şəraitinin pisləşməsi ilə əlaqədar ikinci növbədə təhsil alan şagirdlər distant təhsil formatına keçiblər. Kostanayda 31 dərəcə soyuq hava ilə əlaqədar ibtidai sinifdən 11-ci sinfə qədər olan şagirdlər onlayn tədris formatına keçiblər. Semey şəhərində (27 dərəcə soyuq) II növbənin 1-9-cu sinif şagirdləri, Ust-Kamenoqorsk şəhərində 0-4-cü sinif, Ridderdə 0-11-ci sinif şagirdləri distant təhsilə keçiblər.

Teqlər:

"Qazax\u0131standa soyuq hava il\u0259 \u0259laq\u0259dar m\u0259kt\u0259blil\u0259r onlayn t\u0259hsil\u0259 ke\u00e7irilib"

Əlaqəli Xəbərlər