Menyu

İngiltərə: Cənubi Kiprdəki bazadan İsrailə silah verilməyib

İngiltərə: Cənubi Kiprdəki bazadan İsrailə silah verilməyib

Britaniya hakimiyyəti Cənubi Kiprdəki Akrotiri hərbi bazasından İsrailə öldürücü silah daşımadıqlarını bildirib.

"Operativ Media" xəbər verir ki, bu barədə Cənubi Kiprdəki Britaniya səfirliyi məlumat yayıb.

"Böyük Britaniya və Kipr Respublikası arasında ilk illik ikitərəfli strateji dialoq münasibəti ilə biz əməkdaşlığımızın bütün sahələrini nəzərdən keçirəcəyik. Bura regionda sabitliyin təşviqi və humanitar səylərin dəstəklənməsi üçün Kipr və beynəlxalq tərəfdaşlarla davam edən işlər daxildir. Bu kontekstdə vurğulamaq lazımdır ki, Kiprdən İsrail Müdafiə Qüvvələrinə ölümcül yük çatdırılmayıb", - məlumatda deyilir.

Britaniya tərəfi Kral Hərbi Hava Qüvvələrinin Akrotiri bazasından İsrail istiqamətində uçuşlar həyata keçirdiyini inkar etməyib, lakin hərbi təyyarənin göyərtəsində dəqiq nə olduğunu da bildirməyib.

Cənubi Kipr isə öz növbəsində Qəzza sakinləri üçün digər ölkələrdən Aralıq dənizi vasitəsilə humanitar yardımın daşınması üçün öz ərazisini təklif edib.

Teqlər:

"\u0130ngilt\u0259r\u0259: C\u0259nubi Kiprd\u0259ki bazadan \u0130srail\u0259 silah verilm\u0259yib"

Əlaqəli Xəbərlər