WP: Yaxın Şərqdəki hadisələr Baydenin növbəti uğursuzluğuna çevrildi
"ABŞ prezidenti Co Baydenin Fələstin-İsrail münaqişəsi ilə bağlı yürütdüyü siyasət indiki administrasiyanın xarici siyasət istiqamətində növbəti uğursuzluğundan xəbər verir".
"Operativ Media" xəbər verir ki, bu qiymətləndirməni "The Washington Post (WP)" qəzetinin köşə yazarı Perri Bekon edib.
Müəllifin fikrincə, Yaxın Şərqdə baş verən hadisələr Amerika administrasiyasının xarici siyasətdə tez-tez mühakimə yürütdüyünü və özünün iddia etdiyi demokratiya və azadlığın etibarlı müdafiəçisi olmadığını xatırladır.
"Birləşmiş Ştatlar nümayiş etdirdi ki, əgər ən yaxın müttəfiqlərindən biri onları pozarsa, beynəlxalq qayda və normaları dəstəkləməyəcək", - Bekon yazır. Onun sözlərinə görə, Vaşinqton Qəzza zolağında çoxlu sayda mülki itki ilə bağlı narahatlığını ifadə edir, lakin İsrailə hərbi və diplomatik dəstək verməyə davam edir.