ABŞ Nümayəndələr Palatası Baydenin impiçment ilə bağlı qətnaməni dəstəkləyib
ABŞ Konqresinin Nümayəndələr Palatası Prezident Co Baydenin impiçmenti ilə bağlı əlavə təhqiqat aparılmasını tələb edən qətnaməni təsdiqləyib.
"Operativ Media"xəbər verir ki, bu barədə səsvermə ABŞ-nin qanunverici orqanının rəsmi saytında yayımlanıb.
Nümayəndələr Palatasının Respublikaçılar Qrupu tərəfindən təqdim edilən qətnamə Palatanın Nəzarət və Hesabatlılıq, Gəlir və Xərclər və Məhkəmə komitələrini Amerikanın hazırkı Prezidentinə impiçment elan etmək üçün kifayət qədər əsasların olub-olmaması ilə bağlı araşdırmalarını davam etdirməyə istiqamətləndirəcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net