Finlandiya Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrini yenidən bağlayacaq
"Finlandiya hökuməti Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrini yenidən bağlamaq qərarına gəlib".
"Operativ Media" xəbər verir ki, bunu Finlandiya Daxili İşlər Nazirliyinin rəhbəri Mari Rantanen deyib.
Parlamentin sual-cavab saatında Rantanen ona verilən suala cavab verib: "Hökumət şərq sərhədində cümə axşamı, dekabrın 14-də açılan keçid məntəqələrini bağlamaq qərarına gəlib".
Finlandiya hökumətinin Rusiya Federasiyası ilə sərhəddəki vəziyyətlə bağlı brifinqi yerli vaxtla saat 18:15-də (Bakı vaxtı ilə 20:15) başlayıb.
"Yle" portalı xəbər verir ki, cümə axşamı Rusiya ilə sərhəddəki iki keçid məntəqəsi vasitəsilə ümumilikdə ən azı 62 immiqrant Finlandiyaya keçib.
Teqlər:
"Finlandiya Rusiya il\u0259 s\u0259rh\u0259dd\u0259ki b\u00fct\u00fcn ke\u00e7id m\u0259nt\u0259q\u0259l\u0259rini yenid\u0259n ba\u011flayacaq"