Menyu

UNRWA: Qəzza zolağı yaşayış üçün yararsız yerə çevrilib

UNRWA: Qəzza zolağı yaşayış üçün yararsız yerə çevrilib

"Qəzza zolağı yaşamaq üçün yararsız yerə çevrilib". 

"Operativ Media" xəbər verir ki, bunu BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini deyib.

"Hər dəfə daha çox əzab, daha çox kədər görürəm və hiss edirəm ki, Qəzzə artıq yaşanmaz bir yerdir. Hara baxırsan, çoxlu müvəqqəti sığınacaqlar var. Getdiyin hər yerdə insanlar çarəsizdirlər, ac və qorxmuş haldadırlar", - Lazzarini qeyd edib.

"Rəfahdə (Qəzza zolağında Misirlə sərhəddə yerləşən şəhər - red.) bir gecədə əhalinin sayı 4 dəfə artıb. Ənənəvi olaraq, bura Qəzza zolağının ən kasıb təbəqələrinin yaşadığı, infrastruktur və ilkin ehtiyaclar baxımından aztəminatlı yerdir. Bura 1 milyondan çox insanın yerləşə biləcəyi yer deyil və əlbəttə ki, bütün Qəzza zolağını buraya yığmaq mümkün deyil. İndi insanlar Qəzza zolağının dörddə birini keçməyən bu əraziyə məcbur qalıb", - diplomat əlavə edib.

"Aclıq Qəzzada insanların əvvəllər heç vaxt yaşamadığı bir şeydir. Amma son bir neçə həftədə aclıq yaranıb və biz bir, iki və ya üç gündür yemək yeməyən daha çox insan görürük", - Lazzarini yekunlaşdırıb. 

Teqlər:

"UNRWA: Q\u0259zza zola\u011f\u0131 ya\u015fay\u0131\u015f \u00fc\u00e7\u00fcn yarars\u0131z yer\u0259 \u00e7evrilib"

Əlaqəli Xəbərlər