Meloni: Ukraynanın Aİ-yə qəbulu ilə bağlı konkret addımlardan məmnunuq
İtaliyanın baş naziri Giorgia Meloni Avropa İttifaqı (Aİ) sammitində Ukrayna, Moldova, Gürcüstan və Bosniya və Herseqovina üçün genişlənmə prosesində əldə edilən konkret addımlardan məmnun olduğunu bildirib.
"Operativ Media" xəbər verir ki, bu barədə İtaliya hökumətinin mətbuat xidməti məlumat yayıb.
"Bu, Avropa İttifaqı və İtaliya üçün böyük əhəmiyyət kəsb edən və ölkəmizin fəal şəkildə dəstəklənməsində aparıcı rol oynadığı kompleks danışıqlar nəticəsində əldə edilmiş nəticədir", - deyə bəyanatda qeyd olunub.
Bundan əvvəl Aİ sammiti Ukrayna və Moldova ilə icmaya qəbul və Gürcüstana üzvlük üçün namizəd statusunun verilməsi ilə bağlı danışıqlara başlamaq barədə qərar qəbul edib.
Teqlər:
"Meloni: Ukraynan\u0131n A\u0130-y\u0259 q\u0259bulu il\u0259 ba\u011fl\u0131 konkret add\u0131mlardan m\u0259mnunuq"