Menyu

Pekin metrosunda baş verən qəzada 500-dən çox sərnişin yaralanıb

Redaksiya
Pekin metrosunda baş verən qəzada 500-dən çox sərnişin yaralanıb

Çinin paytaxtı Pekində metro qəzası baş verib.

"Operativ Media" xarici KİV-ə istinadən xəbər verir ki, metronun xətlərindən birində baş vermiş qatar qəzasından sonra ümumilikdə 515 nəfər lazımi müayinələr üçün xəstəxanaya göndərilib və bu insanlar arasında ən azı 102 nəfər sınıq xəsarəti alıb.

Pekin Bələdiyyə Nəqliyyat Komissiyasının məlumatına görə, ilkin araşdırmalar göstərib ki, güclü qar yağması səbəbindən relslərin sürüşkən olması ön qatarın təcili əyləclənməsinə və relslərdə dayanmasına səbəb olub.

Enişdə olan arxa qatar sürüşərək tam əyləc edə bilməyib və nəticədə ön qatarla toqquşub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər