Menyu

Finlandiya Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrini bağlayacaq

Finlandiya Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrini bağlayacaq
1 dəq oxu

Finlandiya Rusiya ilə ötən gün açılmış sərhədi yenidən bağlayır.

"Operativ Media"xəbər verir ki, bu barədə Finlandiyanın daxili işlər nazirliyi məlumat yayıb. Buna qeyri-leqal miqrasiyanın davam etməsi səbəb göstərilir. Qeyd edək ki, sərhədlər bu gün axşam saat 8-dən etibarən bağlanacaq. Qərar təxminən bir ay, yəni 2024-cü il yanvarın 14-dək qüvvədə olacaq. Xatırladaq ki, rəsmi Oslo noyabrın sonunda Rusiya ilə 1340 kilometrlik sərhədi bağlamış və miqrant axınını Moskvanın “hibrid müharibəsi” olaraq qiymətləndirmişdi. Kreml isə ittihamları rədd edir.

Əlaqəli Xəbərlər