Menyu

Saturnun peykində həyat üçün naməlum enerji mənbəyi kəşf edilib

Nərmin Qocamanlı
Saturnun peykində həyat üçün naməlum enerji mənbəyi kəşf edilib

NASA alimləri Saturnun peyki Enseladdakı buzaltı okeanda həyatı dəstəkləyə biləcək naməlum kimyəvi enerji mənbəyi kəşf ediblər.

"Operativ Media" xəbər verir ki, bu barədə araşdırmanın nəticələri "Nature Astronomy" jurnalında dərc olunub.

Astronomlar Cassinin planetlərarası zondundan əldə edilən məlumatları təhlil edərək, buz dənəcikləri və su buxarlarının şleyflərində bir çox amin turşularının sintezi üçün  zərur molekul olan hidrogen siyanidin olduğunu aşkar ediblər. Bundan əlavə, okeanda metabolik reaksiyaları işə sala biləcək çox miqdarda kimyəvi enerjinin mövcudluğunu göstərən bir sıra üzvi birləşmələr tapılıb.

Əvvəlki tədqiqatlarda alimlər şleyfdə (CO2, CH4, NH3 və H2) karbon qazı, metan, ammonyak və hidrogenin birləşməsini müəyyən ediblər ki, bu da metabolik proses olan metanogenezin mümkünlüyünü göstərir. Metanogenez Yer kürəsində geniş yayılıb və bəlkə də planetimizdə həyatın yaranması üçün kritik rol oynayır.

Tədqiqat C2H2, C3H6 və C2H6 üzvi molekullarının oksidləşməsi yolu ilə kimyəvi enerji əldə etməyin əlavə üsullarını müəyyən edib. Səth radiolizindən (ionlaşdırıcı şüalanma ilə parçalanma) yarandığı ehtimal olunan qeyri-bioloji katalizatorlar və redoks qradiyenti ilə bu birləşmələr mikrob icmalarını dəstəkləmək və ya həyatın yaranmasına səbəb olan mürəkkəb üzvi sintezi stimullaşdırmaq potensialına malikdir.

Teqlər:

"Saturnun peykind\u0259 h\u0259yat \u00fc\u00e7\u00fcn nam\u0259lum enerji m\u0259nb\u0259yi k\u0259\u015ff edilib"

Əlaqəli Xəbərlər