Menyu

Pişik sahibi olmaq şizofreniya riskini artırır - ARAŞDIRMA

Nərmin Qocamanlı
Pişik sahibi olmaq şizofreniya riskini artırır - ARAŞDIRMA

Alimlər pişik sahibi olmağın şizofreniya riskini artırdığını irəli sürüblər. Onların qənaətinə görə, hər şey ev heyvanlarının daşıdığı parazitlərdən asılıdır. 

"Operativ Media" "rambler"ə istinadən məlumat verir ki, bu nəticəyə Avstraliyanın Kvinslend Universitetinin komandası gəlib. 

Ekspertlər son 44 il ərzində 11 ölkədə aparılan 17 araşdırmanı təhlil ediblər. Onlar 25 yaşından əvvəl pişiklərə məruz qalan insanların şizofreniya xəstəliyinə tutulma ehtimalının digər iştirakçılara nisbətən iki dəfə çox olduğunu aşkar ediblər. 

Qeyd edək ki, xəstəliyin əlamətləri adətən 16-30 yaş aralığında özünü göstərir. Nadir hallarda uşaqlar da şizofreniyadan əziyyət çəkirlər. 

Alimlər buna ev pişiklərində rast gəlinən və onların dişləməsi ilə insan orqanizminə daxil olan Toxoplasma gondii parazitinin səbəb ola biləcəyini deyirlər. Tədqiqatçıların fikrincə, bunun səbəbi parazitin mərkəzi sinir sisteminə nüfuz edə bilməsi və beyindəki neyrotransmitterlərə təsir edərək şəxsiyyət dəyişikliklərinə, psixotik simptomlara və şizofreniya kimi psixi pozğunluqlara yol aça bilməsi ilə əlaqədardır.

Digər tədqiqatçılar "X" sosial şəbəkəsində bu rəyi açıq şəkildə tənqid ediblər. Onlar araşdırmada sosial-iqtisadi vəziyyəti, ailə və insanın öz keçmişi faktorlarının yetərincə diqqətə alınmadığını bildiriblər.

Teqlər:

"Pi\u015fik sahibi olmaq \u015fizofreniya riskini art\u0131r\u0131r - ARA\u015eDIRMA"

Əlaqəli Xəbərlər