Aİ Ukraynaya 50 milyard avroluq yardımı təsdiqləmək üçün yeni sammit keçirəcək
"Avropa İttifaqı (Aİ) 2024-cü ilin əvvəlində Ukraynaya 2027-ci ilə qədər 50 milyard avroluq yardım proqramını razılaşdırmaq üçün fövqəladə sammit keçirəcək".
"Operativ Media" xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Aİ-nin Brüsseldə baş tutan iki günlük sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.
"Ukraynaya yardım proqramını 26 ölkə dəstəklədi, lakin qərar qəbul etmək üçün 26 ölkə kifayət deyil, ona görə də bu təklifi razılaşdırmaq üçün 27 ölkənin xüsusi sammiti olacaq", - Mişel qeyd edib.
Jurnalistlərin sammitin nə vaxt keçiriləcəyi ilə bağlı sualına Mişel dəqiq cavab verməyib: "Sammitin tarixi hələ müəyyən edilməyib. Bu, yanvarın sonu, fevralın əvvəli olacaq".
Teqlər:
"A\u0130 Ukraynaya 50 milyard avroluq yard\u0131m\u0131 t\u0259sdiql\u0259m\u0259k \u00fc\u00e7\u00fcn yeni sammit ke\u00e7ir\u0259c\u0259k"