ABŞ-nin Çindəki səfiri: Çin Rusiyanı qeyd-şərtsiz dəstəkləyir
"Pekin Rusiyanın Ukraynada hərbi əməliyyat keçirməsi fonunda Moskvaya qeyd-şərtsiz dəstək verir, lakin silah tədarük etmir".
"Operativ Media" xəbər verir ki, bunu ABŞ-nin Çindəki səfiri Nikolas Börns Brukinq İnstitutunun ABŞ-Çin münasibətlərinə dair təşkil etdiyi seminarda çıxışı zamanı deyib.
"Və ən əsası, Çin mənim fikrimcə, Ukraynadakı qeyri-qanuni müharibədə Rusiyanı qeyd-şərtsiz dəstəkləyir", - deyə Börns iddia edib.
"Biz Çinin Rusiyaya silah verdiyini görmədik. Hər gün izləyirik, amma belə bir halın yaşandığını görməmişik", - deyə o əlavə edib.