ABŞ Hərbi Dəniz Qüvvələrinin nüvə sualtı qayığı Cənubi Koreyaya çatıb
ABŞ-nin Virciniya sinfinə aid nüvə sualtı qayığı Missouri Cənubi Koreyanın Busan şəhərinə çatıb.
"Operativ Media" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Koreya Respublikasının Milli Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Cənubi Koreya tərəfi bildirir ki, sualtı qayığın səfəri sayəsində birgə müdafiə qabiliyyətini gücləndirmək üçün mübadilə və əməkdaşlığı gücləndirmək planlaşdırılır.
Qeyd edək ki, noyabrın 22-də ABŞ Hərbi Dəniz Qüvvələrinin Los-Anceles sinfinə aid nüvə sualtı qayığı Santa Fe Cənubi Koreyanın Ceju adasındakı hərbi dəniz bazasına gəlib.
Bu həftə Koreya Respublikası prezident administrasiyasının milli təhlükəsizlik departamentinin direktor müavini Kim Tae-hyo bildirib ki, Şimali Koreya tərəfi dekabrda qitələrarası ballistik raket buraxa bilər.