Menyu

Almaniya gömrüyü Rusiyadan gələn Milad hədiyyələrini müsadirə edə bilər

Almaniya gömrüyü Rusiyadan gələn Milad hədiyyələrini müsadirə edə bilər

Almaniya gömrüyü Rusiyadan Almaniyaya gələn Milad hədiyyələrini sanksiyalar rejiminə riayət etmək zərurəti ilə müsadirə edə biləcəyi barədə xəbərdarlıq edib.

"Operativ Media" xəbər verir ki, bu barədə agentlik məlumat yayıb. 

Məlumata görə, ​​qərarın qəbul olunması zamanı Aİ Şurası tərəfindən 31 iyul 2014-cü ildə qəbul edilmiş 833/2014 saylı Əsasnamə əsas götürülüb.

"Nəticədə Rusiyadan müxtəlif xarakterli bir çox malların idxalı qadağan edilib. Buraya həmçinin hədiyyə sayıla bilən mallar, məsələn, sellüloz-kağız, ağac və ağac məhsulları, daşlar və qiymətli metallar, siqaretlər, plastik məmulatlar və kimyəvi məhsullar, o cümlədən kosmetika kimi hazır kimyəvi məhsullar daxildir", - deyə gömrük idarəsi qeyd edib.


 

Teqlər:

"Almaniya g\u00f6mr\u00fcy\u00fc Rusiyadan g\u0259l\u0259n Milad h\u0259diyy\u0259l\u0259rini m\u00fcsadir\u0259 ed\u0259 bil\u0259r"

Əlaqəli Xəbərlər