Menyu

Filippin Cənubi Çin dənizində yeni enerji kəşfiyyatı layihələrini nəzərdən keçirir

Filippin Cənubi Çin dənizində yeni enerji kəşfiyyatı layihələrini nəzərdən keçirir

"Filippin yeni enerji kəşfiyyatı layihələrini işə salmaq üçün Cənubi Çin Dənizində problemləri həll etməyə çalışır". 

"Operativ Media" xəbər verir ki, bunu ölkə prezidenti Ferdinand Markos deyib.

"Hal-hazırda biz hələ də çıxılmaz vəziyyətdəyik. Bu, münaqişə zonasıdır. Deməli, bu, bizim həll etməyə çalışmalı olduğumuz başqa bir məsələdir", - o, Malampaya qaz yatağı sahəsindəki vəziyyətlə bağlı suala cavab verərkən Yaponiya mediasına müsahibəsində deyib. Onun sözlərinə görə, Cənubi Çin dənizinin problemi göstərilən yataqdakı ehtiyatlar tükənənə qədər həll edilməlidir. 

"Biz LNG-ni qalıq yanacaqlardan bərpa olunan enerji mənbələrinin daha geniş qarışığına keçid kimi görürük. Lakin bərpa olunan enerjiyə bu keçid düşündüyümüz qədər asan deyil və buna görə də infrastruktur qurmaq və texnologiyanı inkişaf etdirmək, bütün bunlar üçün vaxt qazanmaq məqsədilə keçid dövrünə ehtiyacımız var. Etibarlı və sərfəli elektrik enerjisi təchizatı həmişə kritik olacaq və bu, Filippinin üzləşdiyi problemlərdən biri olub", - deyə Markos qeyd edib.

Filippin prezidenti Cənubi Çin dənizində vəziyyətin son vaxtlar pisləşdiyini deyib.

"Qorxuram ki, son aylarda, hətta son illərdə gərginlik azalmayıb, artıb. Buna görə də Hind-Sakit okean regionunda tərəfdaşlarımızla dialoq çox vacibdir. Mən heç bir insidentin daha şiddətli toqquşmalara çevrilməsini istəmirəm", - Filippin prezidenti əlavə edib.

Teqlər:

"Filippin C\u0259nubi \u00c7in d\u0259nizind\u0259 yeni enerji k\u0259\u015ffiyyat\u0131 layih\u0259l\u0259rini n\u0259z\u0259rd\u0259n ke\u00e7irir"

Əlaqəli Xəbərlər