Menyu

Lukaşenko: Müqəddəs Taxt-Tacla əməkdaşlıq Minsk üçün əhəmiyyətlidir

Lukaşenko: Müqəddəs Taxt-Tacla əməkdaşlıq Minsk üçün əhəmiyyətlidir

Belarus Prezidenti Aleksandr Lukaşenko Roma Papası Fransiski ad günü və keşişlik fəaliyyətinin 70 illiyi münasibətilə təbrik edib, Müqəddəs Taxt-Tacla əlaqələrin bundan sonra da Minsk üçün xüsusi əhəmiyyət kəsb edəcəyini qeyd edib. 

"Operativ Media" xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.

"Bizim üzləşdiyimiz maneələrə baxmayaraq, Minsk və Vatikan dünya ölkələri üçün ədalət və bərabərlik prinsiplərinə əsaslanan davamlı sülhü qorumağa çalışır", - Lukaşenko qeyd edib.

Prezident Lukaşenko vurğulayıb ki, Müqəddəs Taxt-Tacla əməkdaşlığın Belarus üçün xüsusi əhəmiyyəti var və bundan sonra da belə olacaq.

Lukaşenko Papaya cansağlığı, uzun ömür və yüksək apostol missiyasını yerinə yetirməkdə Allahdan lütf arzulayıb.

Qeyd edək ki, Belarus prezidenti və Roma Papası Fransisk 2016-cı ilin mayında Vatikanda Apostol sarayında görüşüb, Belarus ilə Roma Katolik Kilsəsi arasında əlaqələrin inkişafını müzakirə ediblər. Sonra Belarus dövlətinin başçısı pontifiki respublikaya səfərə dəvət edib. 

Teqlər:

"Luka\u015fenko: M\u00fcq\u0259dd\u0259s Taxt-Tacla \u0259m\u0259kda\u015fl\u0131q Minsk \u00fc\u00e7\u00fcn \u0259h\u0259miyy\u0259tlidir"

Əlaqəli Xəbərlər