Reuters: Konqoda seçkilərə üç gün qalmış iki namizəd öldürülüb
Konqo Demokratik Respublikasında şərq əyalətlərindən olan iki parlament namizədi ümumi seçkilərə günlər qalmış öldürülüb.
"Operativ Media" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Konqonun şərqindəki Cənubi Kivu əyalətində hakim koalisiyadan olan deputatlardan biri cümə günü axşam seçki kampaniyasından qayıdarkən silahlı şəxs tərəfindən öldürülüb. Benidə isə hakim koalisiyadan başqa bir namizəd cümə günü axşam saatlarında aldığı güllə yaralarından ölüb. Ölən deputatların adları açıqlanmır.
Human Rights Watch təşkilatının hesabatına görə, Konqoda seçkilərlə bağlı zorakılıq nəticələrin pozulması riskini daşıyır: "Oktyabrın əvvəlindən Human Rights Watch təşkilatı ölkə daxilində rəqib partiyaların tərəfdarları arasında hücumlar, cinsi zorakılıq və qətllərlə nəticələnən toqquşmaları sənədləşdirib".
Milli Müstəqil Seçki Komissiyasının məlumatına görə, dekabrın 20-də keçiriləcək prezident seçkiləri ərəfəsində seçki kampaniyası rəsmi olaraq noyabrın 19-da başlayıb. Dövlət başçısı vəzifəsinə namizədlərin yekun siyahısı hələ dərc edilməyib. Ölkə prezidenti postuna sahublənmək üçün hazırkı dövlət başçısı Feliks Tşisekedi, həmçinin müxalifət namizədləri, 2018-ci il Nobel Sülh Mükafatı laureatı həkim Denis Mukveqe və Katanqa əyalətinin keçmiş qubernatoru Moise Katumbi mübarizə aparır.
Teqlər:
"Reuters: Konqoda se\u00e7kil\u0259r\u0259 \u00fc\u00e7 g\u00fcn qalm\u0131\u015f iki namiz\u0259d \u00f6ld\u00fcr\u00fcl\u00fcb"