Papa Qəzzada katolik kilsəsinin atəşə tutulmasını pisləyib
Papa Fransisk Müqəddəs Pyotr meydanında ənənəvi bazar günü xütbəsi zamanı Qəzzada yeganə Latın Rite kilsəsində bir gün əvvəl baş verənlərə münasibət bildirib.
"Operativ Media" xəbər verir ki, bir gün əvvəl ərazi İsrail hərbçiləri tərəfindən mühasirəyə alınıb.
"Ukraynada, Fələstində, İsraildə və digər münaqişə zonalarında müharibələrdən əziyyət çəkən qardaş və bacılarımızı unutmayaq. Milad yaxınlaşdıqca sülhü daha da yaxınlaşdırmağa çalışaq. Qəzzadan çox üzücü xəbərlər almağa davam edirəm. Günahsız dinc sakinlər bomba və atışmaların qurbanı olurlar. Bu, hətta terrorçuların olmadığı, uşaqları və əlilləri olan ailələr, rahibələr olan müqəddəs kilsədə də baş verdi", - pontifik bildirib.
Teqlər:
"Papa Q\u0259zzada katolik kils\u0259sinin at\u0259\u015f\u0259 tutulmas\u0131n\u0131 pisl\u0259yib"