Menyu

Fələstin: İsrail atəşkəsi rədd etməyə davam edir

Fələstin: İsrail atəşkəsi rədd etməyə davam edir

"İsrail hakimiyyəti atəşkəsi rədd etməkdə və fələstinlilərə qarşı qırğınlar törətməkdə davam edir". 

"Operativ Media" xəbər verir ki, bu barədə Fələstin prezidentinin mətbuat katibi Nəbil Əbu Rudeyna bildirib.

"İsrail Fələstin xalqına qarşı qırğınlar törətməyə, xəstəxanaları və infrastrukturu dağıdıb atəşkəs rejimini rədd etməyə davam edir", - Rudeyna qeyd edib.

Əbu Rudeynənin sözlərinə görə, İsrail həm Fələstin xalqına, həm də onun torpaqlarına və müqəddəs yerlərinə qarşı total müharibə aparır: "Bu soyqırım müharibəsi Şərqi Qüds də daxil olmaqla Qəzza zolağında və İordan çayının qərb sahilində bütün xalqımıza qarşı aparılır".
 

Teqlər:

"F\u0259l\u0259stin: \u0130srail at\u0259\u015fk\u0259si r\u0259dd etm\u0259y\u0259 davam edir"

Əlaqəli Xəbərlər