Menyu

Macarıstan: Ukraynanın Aİ-yə daxil olması bizim razılığımız olmadan həll olunmayacaq

Macarıstan: Ukraynanın Aİ-yə daxil olması bizim razılığımız olmadan həll olunmayacaq

"Ukraynanın Avropa İttifaqına (Aİ) qəbulu məsələsi yalnız Macarıstanın razılığı ilə həll oluna bilər və icma daxilində bu məsələ ilə bağlı fikir birliyi yoxdur". 

"Operativ Media" xəbər verir ki, bunu Macarıstanın baş nazirinin siyasi müşaviri Balaz Orban "Kossuth" radiostansiyasının bazar günü proqramında deyib.

"Ukraynanın Avropa İttifaqına daxil olması məsələsi, əlbəttə ki, hələ həll olunmayıb. Ancaq onu bilirik ki, bu məsələdə Aİ daxilində birlik yoxdur, bu birlik formalaşmayıb", - diplomat qeyd edib.

Orban vurğulayıb ki, Ukrayna ilə danışıqlar zamanı ən azı 75 dəfə yekdil qərarın qəbulu tələb olunacaq və bu proses Macarıstanın razılığı olmadan davam edə bilməz: "Nəhayət, Macarıstan parlamenti də yekun sözü deməlidir".
 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər