Qəzzada ağır yaralanan Fransa Xarici İşlər Nazirliyinin əməkdaşı bu gün vəfat edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, dekabrın 13-də İsrailin Qəzza zolağının cənubundakı Rəfah şəhərindəki iqamətgaha hücumu nəticəsində nazirliyin əməkdaşı ağır yaralanıb. Yaralı fransız bu gün səhər saatlarında ölüb.
Qeyd edək ki, Qəzzadakı Səhiyyə Nazirliyi İsrail-HƏMAS münaqişəsində 18 800 nəfərin öldüyünü, 51 000 nəfərin isə yaralandığını açıqlayıb.
Teqlər:
"Q\u0259zzada yaralanan Fransa X\u0130N-in \u0259m\u0259kda\u015f\u0131 \u00f6ld\u00fc"