Hindistanda hərbi zavodda partlayış: ölən və yaralananlar var
Bazar günü Hindistanın Maharaştra ştatının Naqpur şəhərində partlayıcı maddələr istehsal edilən zavodda partlayış baş verib.
"Operativ Media" xəbər verir ki, “Röyters” partlayış nəticəsində azı 9 işçinin həlak olduğunu, bir neçə nəfərin yaralandığını yazıb.
Məlumata görə, partlayış “Solar Industries India” şirkətinə məxsus zavodda baş verib. Şirkət Hindistanın müdafiə sektoru üçün sənaye və hərbi partlayıcı maddələr, həmçinin yanacaq və döyüş başlıqları istehsal edir.