İlon Mask: " Bəşəriyyətin Ayda bazası, Marsda şəhərləri olmalıdır"
Əziz Əzizli
Bəşəriyyət kosmosu araşdırmalı və başqa planetlərdə məskunlaşmalıdır.
"Operativ Media" xəbər verir ki, bunu “SpaceX”, “Tesla” şirkətlərinin, eləcə də “X” sosial şəbəkəsinin sahibi İlon Mask bildirib.
“Bəşəriyyətin Ayda bazası, Marsda şəhərləri olmalıdır!”, – o, sosial şəbəkə səhifəsində yazıb.
İlon Mask Aya sonuncu enişdən 50 il keçdiyini xatırladıb və əlavə edib ki, bu, bir sivilizasiya olaraq bizim ən yüksək nailiyyətimiz hesab oluna bilməz.