ABŞ-nin şərq sahillərində qasırğa fəsadlar törədib
ABŞ-nin şimalındakı soyuq hava kütlələri ölkənin şərq sahillərinə çatıb.
"Operativ Media" xəbər verir ki, nəticədə Karolina ştatında qasırğa baş verib. Çarlston şəhərinin küçələri su altında qalıb. Avtomobil və dəmiryolu nəqliyyatı iflic olub. On minlərlə evə elektrik enerjisinin verilişi dayandırılıb.