Pentaqon İranı Yaxın Şərqdəki vəziyyətlə bağlı tədbirlər görməyə çağırıb
"İran Yaxın Şərq regionunda münaqişənin mümkün eskalasiyasının qarşısını almaq üçün addımlar atmalıdır".
"Operativ Media" xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri Lloyd Ostin Təl-Əvivdə israilli həmkarı Yoav Qalantla birgə mətbuat konfransında deyib.
"Əlbəttə, Birləşmiş Ştatlar müharibə istəmir. Biz İranı eskalasiyanın qarşısını almaq üçün addımlar atmağa çağırırıq", - Ostin bildirib.
Onun sözlərinə görə, İran hazırda radikal qrupları dəstəkləməkdə davam edərək regionda gərginliyi artırır. Pentaqon rəhbəri qeyd edib: "İran dəstəkli şəxslərin qəddar hücumları region sakinlərinin təhlükəsizliyini təhdid edir və münaqişənin miqyasının genişlənməsi ilə nəticələnə bilər".
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net