Menyu

ABŞ və Finlandiya arasında müdafiə sahəsində əməkdaşlıq sazişi imzalanıb

ABŞ və Finlandiya arasında müdafiə sahəsində əməkdaşlıq sazişi imzalanıb

ABŞ və Finlandiya müdafiə sahəsində ikitərəfli əməkdaşlıq sazişi imzalayıb. 

"Operativ Media" xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.

Razılaşmaya əsasən, Amerika qoşunlarının Finlandiyadakı 15 hərbi bazaya çıxışı olacaq. İmzalama mərasimində ABŞ dövlət katibi Antoni Blinken, Finlandiyanın müdafiə naziri Antti Hyakkänen və Finlandiyanın xarici işlər naziri Elina Valtonen iştirak ediblər.

"Bu gün biz müdafiə sahəsində əməkdaşlıq sazişi imzalamaqla təhlükəsizlik əlaqələrimizi daha da gücləndirəcəyik. Müqavilə qüvvəyə mindikdən sonra silahlı qüvvələrimiz daha səmərəli birgə fəaliyyət göstərə biləcək. Qoşunlarımızın NATO strukturları çərçivəsində birgə təlimlər keçirmək və daha çox qarşılıqlı fəaliyyət göstərmək imkanları olacaq", - Blinken bildirib. 

Saziş imzalandıqdan sonra ABŞ və Finlandiyanın xarici işlər idarələrinin rəhbərləri qapalı danışıqlar aparıblar.

Teqlər:

"AB\u015e v\u0259 Finlandiya aras\u0131nda m\u00fcdafi\u0259 sah\u0259sind\u0259 \u0259m\u0259kda\u015fl\u0131q sazi\u015fi imzalan\u0131b"

Əlaqəli Xəbərlər