ABŞ dekabrda Ukraynaya hərbi yardım paketi göndərəcəyini açıqlayıb
"ABŞ dekabrda Kiyevə daha bir hərbi yardım paketi göndərəcək və bundan sonra vəsait tükənəcək".
"Operativ Media" xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi xarici jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
"Biz hələ də bu ayın sonunda Ukraynaya əlavə hərbi yardım paketi çatdırmağı planlaşdırırıq", - Kirbi deyib.
Onun sözlərinə görə, bundan sonra ABŞ-nin Kiyevə yardım göstərmək imkanları tükənəcək. Bundan sonra Ukraynaya ediləcək dəstək ABŞ Konqresinin təsdiqini tələb edəcək: "Bizə Konqresin gecikmədən hərəkətə keçməsi lazımdır".
Teqlər:
"AB\u015e dekabrda Ukraynaya h\u0259rbi yard\u0131m paketi g\u00f6nd\u0259r\u0259c\u0259yini a\u00e7\u0131qlay\u0131b"