Ağ Ev: Bayden Kiyevə yardım üçün kompromisə hazırdır
"ABŞ prezidenti Co Bayden Ukraynaya gələcək hərbi yardımın göstərilməsi ilə bağlı ABŞ-nin cənub sərhədində nəzarətin gücləndirilməsinə dair danışıqlarda ABŞ Konqresində respublikaçılarla güzəştə getməyə hazırdır".
"Operativ Media" xəbər verir ki, bu barədə Ağ Evin Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirilən növbəti onlayn brifinqdə bildirib.
"Prezidentin dediyi kimi, irəli getmək vacibdir. O, həm siyasi cəbhədə, həm də sərhəd təhlükəsizliyi məsələlərində xoş niyyətlə danışıqlara və güzəştə getməyə hazırdır", - Kirbi bildirib.