İsrail: Qəzzada fəaliyyətimiz gələcəkdə də davam edəcək
"İsrail Qəzza zolağında HƏMAS-a qarşı məqsədlərinə çatana qədər müxtəlif intensivlik səviyyələrində fəaliyyət göstərməyə davam edəcək".
"Operativ Media" xəbər verir ki, bu barədə Tel-Əvivdə ABŞ-nin müdafiə naziri Lloyd Ostin ilə birgə mətbuat konfransında İsrailin müdafiə departamentinin rəhbəri Yoav Qalant məlumat verib.
"Biz regiondakı vəziyyətə uyğun olaraq Qəzza zolağında müxtəlif intensivlik səviyyələrində fəaliyyətimizi davam etdirəcəyik", - Qalant bildirib.
"Birinci mərhələnin intensivliyi artıq müəyyən edilib, lakin digər mərhələlərdə biz HƏMAS rəhbərliyi də daxil olmaqla bir neçə hədəfə diqqət yetirəcəyik", - o əlavə edib.
"Tezliklə biz Qəzza zolağının müxtəlif əraziləri arasında fərqlər qoya biləcəyik. Tapşırığımızı yerinə yetirdiyimiz ərazilərdə biz tədricən növbəti mərhələyə keçə və yerli əhalinin geri qaytarılması üzərində işləməyə başlaya bilərik", - Qalant vurğulayıb.
Teqlər:
"\u0130srail: Q\u0259zzada f\u0259aliyy\u0259timiz g\u0259l\u0259c\u0259kd\u0259 d\u0259 davam ed\u0259c\u0259k"