Menyu

Çində zəlzələ nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB 2

Nərmin Qocamanlı
Çində zəlzələ nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB 2

Çinin şimal-qərbində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 118 nəfərə çatıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

***

07:57

Çinin şimal-qərbindəki Qansu və Çinxay əyalətlərində baş vermiş zəlzələ qurbanlarının sayı azı 116 nəfərə çatıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumata görə, 1,5 mindən çox xilasedicinin iştirak etdiyi fəlakət zonasında genişmiqyaslı axtarış-xilasetmə əməliyyatlarına başlanılıb.

Qeyd edilir ki, Qansuda ölənlərin sayı 100-ə çatıb, Çinxayda isə 11 nəfər ölüb. Daha əvvəl 230-dan çox insanın xəsarət aldığı bildirilirdi

***

06:33

Çinin Qansu və Çinxay əyalətlərində 6,2 maqnitudalı zəlzələ baş verib. Zəlzələ nəticəsində azı 111 nəfər ölüb, 236 nəfər yaralanıb.

"Operativ Media" xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Televiziyası məlumat yayıb.

Qeyd edilir ki, Şimal-qərb Qansuda 86 nəfər ölüb, 96 nəfər yaralanıb, Qansudan qərbdə yerləşən Sinxhay əyalətində isə 11 nəfər ölüb, 140 nəfər yaralanıb.

Teqlər:

"\u00c7ind\u0259 z\u0259lz\u0259l\u0259 n\u0259tic\u0259sind\u0259 \u00f6l\u0259nl\u0259rin say\u0131 art\u0131b - YEN\u0130L\u018fN\u0130B 2"

Əlaqəli Xəbərlər