Menyu

Britaniya: Ukraynaya təyyarə və ya helikopter tədarük etmək planımız yoxdur

Britaniya: Ukraynaya təyyarə və ya helikopter tədarük etmək planımız yoxdur

"Böyük Britaniya indi Kiyevə helikopter və ya təyyarə vermək niyyətində deyil". 

"Operativ Media" xəbər verir ki, bu barədə Britaniya müdafiə nazirinin müavini Ceyms Hepinin Leyboristlər Partiyasından olan deputat Klayv Lyuisin suallarına cavabında deyib.

"Böyük Britaniya üç ədəd "Sea King" axtarış-xilasetmə helikopterini Ukraynaya təhvil verib. Hazırda Ukraynaya sabit qanadlı təyyarələrin və ya əlavə helikopterlərin ötürülməsi planlaşdırılmır", - deyə Müdafiə Nazirliyinin rəsmisi bildirib.

"Sea King" helikopterləri həm axtarış-xilasetmə, həm də kəşfiyyat əməliyyatları üçün istifadə edilə bilər. Böyük Britaniyada istehsal olunan "Westland WS-61 Sea King" modeli xüsusilə Folklend müharibəsi və Körfəz müharibəsi zamanı geniş istifadə olunub. Hazırda bu helikopterlər istehsal olunmur. Kral Donanması 2018-ci ildə onlardan tamamilə istifadə etməyi dayandırıb.

Teqlər:

"Britaniya: Ukraynaya t\u0259yyar\u0259 v\u0259 ya helikopter t\u0259dar\u00fck etm\u0259k plan\u0131m\u0131z yoxdur"

Əlaqəli Xəbərlər